30/01/2023
21:47
2029
| A A A
Yüksək Liqa: "Azərreyl" əzmkar, "Abşeron" asan qələbə qazanıb

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV tura yekun vurulub.

Goal.az xəbər verir ki, bağlanış matçında UNEC komandası “Abşeron”la üz-üzə gəlib. Görüşdə qalib 3 hissədə müəyyənləşib. Famil Ağayevin komandası 3 xalı 3:0 hesablı qələbə ilə əldə edib - 3:0 (25:13, 25:13, 25:11).

II dövrənin ilk turundan sonra “Azərreyl” 11 xalla turnir cədvəlində liderliyini davam etdirir. “Murov” 7 xalla ikinci, bir xal az toplayan “Abşeron” üçüncü yerdə qərarlaşıb. Sonuncu sırada olan UNEC-in isə xalı yoxdur.

GÜNÜN ƏN ÇOX OXUNANLARI