14/11/2019
13:27
2265
| A A A
Qvardiola üçün 120 milyon avroluq büdcə

İngiltərə Premyer Liqasının son turunda Liverpool-a məğlub olan (1:3) Manchester City transferlər üçün hərəkətə keçir.

Goal.az xəbər verir ki, bu məğlubiyyətlə çempionluq yolunda ciddi zərbə alan “şəhərlilər”in rəhbərliyi, qış fasiləsində heyəti gücləndirmək fikrindədir. Klub rəhbərliyinin qış fasiləsində ediləcək transferlər üçün baş məşqçi Pep Qvardiolaya 120 milyon avroluq büdcə ayırdığı bildirilir.

Manchester City-nin əsas hədəfinin müdafiəçi və cari mövsümün sonunda klubla müqaviləsi bitəcək David Silvanın mövqeyinə futbolçu cəlb etmək olduğu deyilir.

Qvardiola bir müddət əvvəl verdiyi açıqlamada, transferə ehtiyac olmadığını və qış fasiləsində heyətə yeni futbolçu cəlb etməyəcəklərini bildirmişdi.

Qeyd edək ki, Premyer Liqada keçirdiyi 12 turdan sonra 25 xal toplayan Manchester City, turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb və lider Liverpool-dan 9 xal geridədir. (komanda.az)

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1060 səs