14/11/2019
16:21
1652
| A A A
Baş məşqçini yıxan futbolçuya ağır cəza

Eintracht-in futbolçusu David Abraham cəzalandırılıb.

Goal.az xəbər verir ki, buna səbəb 33 yaşlı müdafiəçinin Bundesliqanın 11-ci turunun Freiburg-la matçında rəqib komandanın baş məşqçisi Kristian Ştrayxı vuraraq, yerə yıxması olub. Epizoddan sonra görüşün baş hakimi Abrahamı meydandan qovub.

Frankfurt təmsilçisinin kapitanı bu davranışına görə 7 oyunluq cəza alıb, eyni zamanda, 25 min avro da cərimələnib.

Qeyd edək ki, Freiburg – Eintracht oyunu meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə başa çatıb.