20/04/2023
19:00
45379
| A A A
Mahir Emreli: "Çox söz deyə bilərik, amma fikir verməyin"

Goal.az xəbər verir ki, bunu Türkiyənin "Konyaspor" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli evdə "Adana Demirspor"a 1:2 hesabı ilə uduzduqları XXX tur oyunundan sonra şəxsi instaqram hesabında yazıb.

26 yaşlı hücumçu onları dəstəkləyən hər kəsə təşəkkür etdiklərini bildirib.

Qeyd edək ki, matça start heyətdə başlayan Mahir Emreli 40-cı dəqiqədə komandasının yeganə qolunu vurub. 48-ci dəqiqədə Adana təmsilçisində David Akintola qırmızı vərəqə alaraq meydandan qovulub. Azərbaycanlı forvard isə 60-cı dəqiqədə əvəzlənib.

(Report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI