07/02/2018
16:23
10221
| A A A
"Antalyaspor"u "soyan" 2 legioner: Nasri və Eto`o

Qış fasiləsində Samuel Eto`o və Samir Nasri ilə yollarını ayıran "Antalyaspor"un 13 milyon avroya qənaət etdiyi ortaya çıxıb. Goal.az xəbər verir ki, iki futbolçunun illik məvacibi birlikdə 10.5 milyon avro təşkil edirdi. Nasri 6 ay çıxış etdiyi Antalya klubuna ciddi fayda verməsə də, şəxsi büdcəsinə 5 milyon avro əlavə edib. Eto`o isə rəhbərlikdən mövsümün ortasında yeni müqavilə tələb edib. O, "Beşiktaş"a qarşı oynamaqdan və stadionda komandanı dəstəkləməkdən imtina edib. Buna baxmayaraq, rəhbərlik kamerunlu forvarda 1 illik yeni müqavilə təklif edib.

"Bu klub aşağı dəstəyə düşəcək. Belə komandada oynamaq istəmirəm" - deyən Eto`o bu təklifi rədd edib. "Antalyaspor" rəsmilərini təəccübləndirən məqam turnir cədvəlində klubun qonşusu olan "Konyaspor"la anlaşması olub. Konya təmsilçisi ilə 2.5 illik müqavilə imzalayan Eto`o 2 milyon avro məvacib alacaq.

Samir Nasrinin müqaviləsində yer alan maddələr da maraq doğurur. Fransalı yarımmüdafiəçi sözləşməsinə oyuna, qola, məhsuldar ötürməyə görə bonuslar saldırıb. Nasrinin müqaviləsindəki maliyyə detalları:

İllik məvacib - 7 milyon

Müqaviləni pozmağa görə təzminat - 1 milyon

Bonuslar:

Oyuna görə - 50 min

Qola görə - 50 min

Məhsuldar ötürməyə görə - 25 min avro .