06/08/2018
15:29
10052
| A A A
Türkiyə Superliqasının oyunları canlı yayımlanacaq: Azərbaycanda yox...

Rumıniyanın "Look Tv Plus" telekanalı Türkiyə Super Liqasının matçlarını canlı yayımlayacaq. Goal.az xəbər verir ki, kanal 10 avqust tarixindən etibarən start götürəcək Super Liqanın həftəsonu keçiriləcək 4 qarşılaşmasını canlı verəcək. Bu barədə kanalın rəsmi saytı məlumat yayıb.

Bir müddət əvvəl Azərbaycanın “CBC Sport” telekanalı Türkiyə Super Liqasının oyunlarını yayımlamaq üçün cəhd etmiş, lakin matçların yayım hüququna sahib ola bilməmişdi.