16/12/2018
18:18
1338
| A A A
Rəhbərliyi tənqid edən məşqçi klubdan qovuldu

Ankaragücü baş məşqçisi İsmayıl Kartalla yollarını ayırıb.

Goal.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 16-cı turda keçirilən Sivasspor - Ankaragücü matçından sonra klub rəhbərliyini tənqid edən Kartal, istefaya göndərilib. İsmayıl Kartal 0:4 hesablı məğlubiyyətdən sonra mətbuata açıqlamasında uğursuzluqda  klub rəhbərliyini günahlandırmışdır. O, 6 aydır məvacib almadıqlarını və buna görə də futbolçuları oyuna kökləyə bilmədiklərini deyib.

Qeyd edək ki, Ankaragücü Superliqada 16 turdan sonra 20 xalla 11-ci pillədə qərarlaşıb.