17/12/2018
18:29
2641
| A A A
18 ildə 14 qovulma: 32 milyon...

Filip Koku ilə yollarını ayıran Fenerbahçe hollandiyalı mütəxəssisə 2 milyon avro təzminat haqqı ödəyib. Goal.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bununla Türkiyədə "dörd böyüklər" növbəti dəfə əcnəbi mütəxəssisi müqavilə müddəti bitmədən qovub.Galatasaray, Fenerbahçe, BeşiktaşTrabzonspor son 18 ildə birlikdə 14 əcnəbi mütəxəssisi istefaya göndərib. 2000-ci ildən bəri qovulan həmin məşqçilərə isə 32 milyon avro təzminat ödənilib. Son qurban Koku da cibini dolduraraq İstanbulu tərk edib. Rekord Beşiktaş-dan 8,5 milyon avroluq təzminatla ayrılan Visente del Boskeyə məxsusdu. Galatasaray"da Frank Raykard, Fenerbahçe-da Luis Araqones, Beşiktaş-da Jan Tiqana 3 milyon avro alaraq göndərilib. 2000-ci ildən bəri Galatasaray 6, Fenerbahçe 4, Beşiktaş 3, Trabzonspor 1 əcnəbi ilə təzminat ödəyərək yollarını ayırıb. "Cim-bom" Frank Raykard, Çezare Prandelli, Mixael Skibbe, Erik Gerets, İqor Tudor və Mirça Luçeskuya, "kanarya" Luis Araqones, Kristof Daum, Vitor Pereyra və Filip Kokuya, "qara qartal" Visente del Boske, Jan Tiqana və Bernd Şusterə, "bordo-mavililər" isə Vahid Halilhodziçə təzminat verib.Ayrılıqlar üçün Beşiktaş-ın 12,5 milyon, Galatasaray və Fenerbahçe-nın 9,3 milyon, Trabzonspor-un isə büdcəsindən 980 min avro çıxıb. Təzminat maddəsindən imtina edən yeganə əcnəbi məşqçi Roberto Mançini olub. İtaliyalı mütəxəssis Galatasaray-dan ayrılarkən 12 milyon avrodan imtina edib. (matc.az)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
15459 səs