17/12/2018
19:00
1594
| A A A
10 kluba xəbərdarlıq edildi

Türkiyə Futbol Federasiyası Super Liqada çıxış edən 10 kluba menecerlərlə işləmə tələbinə əməl etmədikləri üçün xəbardarlıq edib.

Goal.az qurumun saytına istinadən xəbər verir ki, bunlar Galatasaray, Trabzonspor, Başakşehir, Akhisarspor, Antalyaspor, Konyaspor, Alanyaspor, Bursaspor, Rizespor və Malatyaspor klublarıdır.

Klublara federasiyada qeydiyyatdan keçməyən menecerlərlə işlədikləri üçün xəbardarlıq edilib. Trabzonspor, Alanyaspor, Antalyaspor və Bursaspor vizası olmayan menecerlərlə işlədikləri üçün əlavə xəbardarlıq alıb.