24/12/2018
14:04
1340
| A A A
Fatih Terim yoxluğunda tarix yazdı

Galatasaray-ın Sivasspor-u 4:2 hesabı ilə məğlub etdiyi matçda komandanın baş məşqçisi Fatih Terim rekordlarını yeniləyib.

Goal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssis bu qələbədən sonra Galatasaray-la 200-cü zəfərini qazanıb. Bununla da Terim Super Liqa tarixində bir komanda ilə ən çox qələbə qazanmış məşqçi ünvanını əlində saxlayıb.

Sivaspor-un qapısına 4 qol vuran Galatasaray Terimin rəhbərliyi altında 850 qol səddinə çatıb. Bu oyunla birlikdə təcrübəli çalışdırıcının iş başında olduğu 425-ci rəsmi oyunda komandanın 850-ci qolunu 69-cu dəqiqədə Henri Onyekuru vurub.

Galatasaray Terimin rəhbərliyi altında 98 fərqli oyunçusunun qolları ilə hesaba qatqısı olmaqla yanaşı, tablo 20 dəfə rəqib futbolçuların öz qapılarına vurduğu qollarla da dəyişib. 2013-2014 mövsümündə Galatasaray-ın Beşiktaş qarşısında 3:0 hesablı qazandığı qələbədə bir qol da tarixdəki yerini aldı.