29/12/2018
13:46
1829
| A A A
Oyun zamanı aş yeyən futbolçu bağışlandı

Beşiktaş-ın əsas komandanın heyətindən kənarlaşdırılan futbolçusu Tolqay Arslan bağışlanıb.

Goal.az xəbər verir ki, təxminən 2 ay öncə cəzalandırılan və fərdi məşq edən futbolçu həmin vaxt baş verənlərə görə həm rəhbərlikdən, həm də komanda yoldaşlarından üzr istəyib. Baş məşqçi Şenol Günəş də razılığını verdikdən sonra, 28 yaşlı yarımmüdafiəçi “qara qartallar”ın Antalyada həyata keçirəcəyi təlim-məşq toplanışına aparılacaq.

Xatırladaq ki, T.Arslanın heyətdən kənarlaşdırılmasına səbəb 11-ci turda qarşılaşdıqları Başakşehir-lə səfər matçının fasiləsində paltardəyişmə otağında aş yeməsi səbəb olmuşdu. Tolqayın oyundan sonra yemək üçün komandaya gətirilən aşı matçın fasiləsində yediyini görən baş məşqçi Ş.Günəş özündən çıxıb və ona sərt şəkildə irad bildirmişdi. Tolqay isə baş məşqçisinə onsuz da, onu meydana buraxmadığını, daim ehtiyatda saxladığını xatırlatdığında, Ş.Günəş futbolçunu heyətdən uzaqlaşdırmağa qərar vermişdi.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
2800 səs