31/12/2018
16:55
2465
| A A A
Fenerbahçe-dən 14 futbolçu ayrıla bilər

Türkiyə Super Liqasında uğursuz mövsüm keçirən Fenerbahçe qışda bir çox oyunçunu yola salmağa qərar verib. 

Goal.az xəbər verir ki, İstanbul klubu ilə mövsümün sonunda 14 futbolçunun müqaviləsi başa çatacaq. Baş məşqçi Ersun Yanal rəhbərliyə həmin oyunçulara qış transfer dönəmində təklif gələcəyi halda, satılmalarını istəyib. 57 yaşlı mütəxəssis icarə əsasında komandada çıxış edən Yasin Benzia və İslam Slimaninin performansından razı deyil. Onlarla qış fasiləsində yolların ayrılması mümkündür. "Sarı-lacıvərdlilər" yayda azad agent statusu ilə heyətinə qatdığı Dieqo Reyesdən də narazıdır. Meksika millisinin üzvünün də yanvarda göndəriləcəyi ehtimalları böyükdür.

Fenerbahçe ilə mövsümün sonunda müqaviləsi başa çatan oyunçular: Volkan Dəmirəl, Erten Ersu, Roman Noyştadter, Martin Şkrtel, Şener Özbayraklı, Yiğithan Güveli, İsmail Köybaşı, Tolga Ciğerçi, Atif Şeşue, Matye Valbuena, Roberto Soldado, Yasin Benzia, Andre Ayyu və İslam Slimani.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
2800 səs