03/01/2019
17:00
1774
| A A A
Galatasaray 2 futbolçu ilə yolları ayırır

Galatasaray futbolçuları Sərdar Aziz və Eren Derdiyokla yollarını ayırır.

Goal.az-ın xəbərinə görə, bu barədə İstanbul təmsilçisinin baş məşqçisi Fatih Terim klubun rəsmi “İnstagram” səhifəsinə açıqlamasında məlumat verib:

“Sərdarı da Ereni də çox istəyirəm və onların karyeralarına, istedadlarına hörmət edirəm. Ancaq bundan sonra bərabər çalışmağımız mümkün olmayacaq. Bizə uyğun futbolçular olmadıqlarını düşünürəm. Bu, bir günlük, bir oyunluq mövzu deyil. Mövsümün qalan hissəsində bizimlə olmayacaqlar. Yolları açıq olsun”.
2016-cı ildən “sarı-qırmızılı” klubda çıxış edən 30 yaşlı hücumçu bu mövsüm meydana çıxdığı 18 matçda 10 qol vurub. S. Aziz isə 15 oyunda forma geyinib və 2 dəfə fərqlənib.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
2799 səs