10/01/2019
14:28
1669
| A A A
Agent Beşiktaş-dan FİFA-ya şikayət edə bilər

Beşiktaş-ın braziliyalı hücumçusu Vaqner Lav klubdan ayrıla bilər.

Goal.az xəbər verir ki, futbolçu 5 aydır məvacib almır. Futbolçunun agenti Dioqo Souza bu məsələyə münasibət bildirərkən deyib: “İstanbul klubu ilə münasibətlərimiz pis deyil. Lakin vəziyyət dəyişməsə müqaviləni pozmaq üçün FİFA-ya müraciət etməli olacağıq. Belədə Beşiktaş həm 5 aylıq borcunu, həm də müqavilədə nəzərdə tutulan 18 aylıq məvacibi ödəməli olacaq. Hələlik gözləyirik. Tədbir görməsələr konkret addımlar atacağıq”.

Qeyd edək ki, istanbullular braziliyalı hücumçuya o qədər də güvənmir. 34 yaşlı cari mövsüm 16 oyunda meydana çıxıb və 7 qol vurub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
14631 səs