14/01/2019
14:07
1264
| A A A
Hakim futbolçular və baş məşqçi tərəfindən döyüldü - VİDEO

Türkiyənin həvəskar liqasında baş tutan Ayrancılar Genclikspor - MESEV Gençlik ve Spor matçında qalmaqal baş verib.

Goal.az "Habertürk"ə istinadən xəbər verir ki, qarşılaşma başa çatandan sonra meydan sahiblərinin baş məşqçisi Burak Atasoy, komandanın futbolçuları və azarkeşlər görüşün əsas hakimi Fatih Tokailə hücum ediblər.

Buna səbəb referinin oyunun sonlarında verdiyi qərar olub. Hakim İzmirdə keçirilmiş matçın sonlarına yaxın MESEV Gençlik və Spor komandasının lehinə cərimə zərbəsi təyin edib və bu, qolla nəticələnib.

Tokail qaçaraq paltardəyişmə otağına yollanıb. Daha sonra köməkçi hakimlərə də fiziki müdaxilə olduğundan, polis gözyaşardıcı qazdan istifadə edib.

Hadisədə iştirak etmiş çox say şəxs tutulub. Fanatlar həmçinin DHA müxbirinə də hücum ediblər.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
LIVERPOOL
%
AJAX
%
TOTTENHAM
%
10390 səs