10/02/2019
17:55
3131
| A A A
70 yaşlı futbolçu yeni kluba transfer olundu

Türkiyədə 70 yaşlı kişi futbolçu transfer olunub.

Goal.az xəbər verir ki, Mardində 2-ci həvəskarlar liqası komandalarından Kızıltepe Genclerbirliğispor 70 yaşlı Şerif Kuntu heyətinə qatıb.

Osmaniyədə 2-ci həvəskarlar liqası klublarından Karaçay Genclikspor-dan transfer olunan Şerif Kunt yeni klubunda debüt edib. Meydana kapitan kimi çıxan 70 yaşlı futbolçu 5 dəqiqə oynayıb. Oyun Kızıltepe Genclerbirliğispor=un 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Şerif Kunt qol vurmadığı oyunda 9 nömrəli formanı geyinib.

Hücum xəttində yer alan dünyanın ən yaşlı futbolçusu oyundan sonra verdiyi açıqlamada yeni klubunda ilk oyununa çıxdığı üçün çox xoşbəxt olduğunu və gözəl duyğular yaşadığını bildirib: "Həyatımın 55 ilini həvəskar futbola həsr etmişəm. Ötən il Karaçay Genclikspor=da oynayırdım. Gənclərə nümunə olmaq üçün gələn təklifi qəbul etdim. Bu gün meydana çıxdım və çox xoşbəxtəm. Gənclərə tövsiyyə edirəm ki, futbolu və idmanı sevsinlər. İdmanın, futbolun yaşı yoxdur. Yetər ki, o ruhu bədəndə yaşadaq".

Kızıltepe Genclerbirliğispor klubunun prezidenti Şükrü Kılınç isə 70 yaşlı futbolçu ilə bağlı bunları deyib: "Şerif Kutun bu bölgədə futbol oynamaq istədiyini eşidəndə dostlar vasitəsi ilə onunla əlaqə yaratdıq. Böyük əmək sərf edərək transferi reallaşdırdıq. O bizim böyük qardaşımızdı. Sağ olsun, təklifimizi qəbul etdi. Klubumuzu seçdiyi üçün ona təşəkkür edirik. Mövsümün sonuna qədər müqavilə imzalamışıq. Ən gənc idmançımız 14, ən yaşlısı isə 70 yaşındadır".

Mardin Həvəskar Futbolçular Dərnəyinin prezidenti Ziya Özkan isə Şerif Kuntun möhtəşəm performans sərgilədiyini bildirərək "Onun testlərdən keçirilməsini və analiz edilməsini istəyirik. 70 yaşında olduğunu hiss etdirmir. Oyunboyu qaçır. Böyük əmək sərf edir. Gənclərə örnək olacağına inanırıq" deyib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28544 səs