07/04/2019
19:13
2000
| A A A
Super Liqada növbəti məşqçi istefası

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası reallaşıb.

Goal.az xəbər verir ki, Samet Aybaba Bursaspor-an ayrılıb. Baş məşqçi ötən gün Super Liqanın XXVII turu çərçivəsində yenildikləri (0:1) Alanyaspor matçından sonra bu qərara gəlib. 

Klubun rəsmi saytının yaydığı məlumatda bildirilir ki, Samet Aybabanın müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Açıqlamada qeyd edilib ki, istefa qərarını baş məşqçi özü verib və rəhbərlik onun bu istəyini qəbul edib. 

Qeyd edək ki, Bursaspor 27 turdan sonra 28 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
28424 səs