30/04/2019
18:27
4842
| A A A
Barcelona-dan sonra Arda Turana daha bir şok

Barcelona-nın heyətinə qatmaq istəmədiyi və satmağı planlaşdırdığı Arda Turanla bağlı qeyri-müəyyənlik davam edir.

Goal.az xəbər verir ki, Kataloniya klubu Başakşehir-ə icarəyə verdiyi türk futbolçunu mövsümün sonunda satmaq niyyətindədi və klub axtarışına başlanılıb.

Məlumata görə, Barcelona Ardanın transfer hüququnu almağı Super Liqa kluba təklif edib. Lakin Başakşehir rəhbərliyi bu təklifə müsbət yanaşmayıb və futbolçunun transfer hüququnu almaqdan imtina edib.

Kataloniyalılar bu səbəbdən başqa klub axtarışına başlayıb. Hətta Ardanın Galatasaray-a da təklif olunduğu bildirilir.

(fanat.az)

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

TOTTENHAM
%
LIVERPOOL
%
16097 səs