26/05/2019
10:53
1959
| A A A
Galatasaray Terimlə müqaviləsini yenilədi

Türkiyə çempionu Galatasaray baş məşqçisi Fatih Terimlə müqavilənin müddətini uzadıb.

Goal.az xəbər verir ki, 66 yaşlı təcrübəli mütəxəssislə imzalanan yeni müqaviləyə əsasən o, daha 5 il İstanbul təmsilçisini çalışdıracaq.

Bunu klubun prezidenti Mustafa Çengiz açıqlayıb. O, Galatasaray-ın 22-ci Super Liqa çempionluğunun qeyd olunması mərasimində çıxış edərək Terimlə anlaşma barədə məlumat verib. Ardından Terim hər kəsin gözü qarşısında yeni müqaviləyə imza atıb.

Qeyd edək ki, 1996-2000, 2002-2004, 2011-2013-cü illərdə də “sarı-qırmızılar”ı çalışdıran Terim 2017-ci ildə İstanbul nəhənginə qayıdıb.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
7220 səs