02/06/2019
12:00
2210
| A A A
Baş məşqçi təyinatından 4 saat sonra istefaya göndərildi

Kasımpaşa klubunda İbrahim Üzülməz təyinatından cəmi 4 saat sonra baş məşqçi postundan istefa verib.

Goal.az-ın məlumatına görə, bu barədə 45 yaşlı mütəxəssisin özü açıqlamasında bildirib. Üzülməz 1 illik müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulduğunu söyləyib: "İmzalanma mərasimindən sonra növbəti mövsümə hazırlıqla bağlı müzakirələrimizdə fikir ayrılığı yaşadıq. Bu səbəbdən, Kasımpaşa ilə yollarımızı ayırdıq. Hər kəs üçün xeyirlisi olsun".

Qeyd edək ki, İbrahim Üzülməz baş məşqçi postunda əvvəllər Xəzər Lənkəran-da da çalışmış Mustafa Dənizlini əvəzləmişdi. Kasımpaşa 2018/2019 mövsümündə Türkiyə Super Liqasını 39 xalla 14-cü pillədə başa vurub.