10/06/2019
18:25
2064
| A A A
Başakşehir-in yeni baş məşqçisi açıqlandı

Türkiyənin Başakşehir klubunun yeni baş məşqçisi müəyyənləşib.

Goal.az xəbər verir ki, Super Liqada geridə qalan mövsümü ikinci pillədə başa vuran və UEFA Çempionlar Liqasına vəsiqə qazanan İstanbul klubunu bundan sonra Okan Buruk çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər sabah rəsmi müqaviləyə imza atacaqlar.

Okan Burukun son iş yeri Super Liqanın digər təmsilçisi Rizespor olub. O, 18 kollektiv arasında 11-ci olan bu komandanı iki həftə öncə öz istəyi ilə tərk etmişdi.

Başakşehir-i isə son mövsümdə Abdulla Avcı çalışdırıb. O, Beşiktaş-dan təklif aldığı üçün, bu klubdan ayrılmaq qərarına gəlib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
17627 səs