26/06/2019
11:42
2849
| A A A
FİFA-dan Türkiyə klubuna cəza

FİFA Türkiyənin Eskişehirspor klubunu cəzalandırıb.

Goal.az xəbər verir ki, bu barədə 1-ci Liqa təmsilçisinin prezidenti Mustafa Topkaya Türkiyə mətbuatına açıqlamasında deyib. Eskişehirspor-a keçmiş futbolçusu Sebastian Pintoya olan borcunu ödəmədiyi üçün 6 xal silmə cəzası verilib.

Eskişehirspor yeni mövsümdə Türkiyə Birinci Liqasında mübarizəyə -6 xalla başlayacaq.