31/07/2019
12:41
2099
| A A A
Trabzonspor-un çempionluq müraciəti rədd edildi

İdman Arbitraj Məhkəməsi (CAS) Trabzonspor-un 2010/2011 mövsümündə Super Liqa çempionluğunun Fenerbahçe-dan alınması tələbi ilə bağlı şikayətini rədd edib.

Goal.az CAS-in rəsmi saytına istinadən xəbər verir ki, qurum bunun üçün heç bir hüquqi əsasın olmadığını bildirib.

Trabzon təmsilçisi həmin dönəmdə Fenerbahçe idarəçilərinin oyunların idman nəticəsinin manipulyasiyasında iştiraka görə cəzalandırıldıqlarını əsas gətirərək CAS-ə baş vurmuşdu.

Qeyd edək ki, 2010/2011 mövsümündə həm Fenerbahçe, həm də Trabzonspor 82 xal toplasa da, İstanbul təmsilçisi top fərqindəki üstünlüyə görə çempion olub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37582 səs