25/08/2019
17:23
3034
| A A A
Fenerbahçe 6 il sonra bunu bacardı

Türkiyə Super Liqasının 2-ci turunda səfərdə Başakşehir-lə qarşılaşan Fenerbahçe meydandan 2:1 hesablı əzmkar qələbə ilə ayrıldı.

Goal.az xəbər verir ki, bu oyun qonaq komanda üçün əlamətdar olub.

Belə ki, Fenerbahçe 6 mövsüm sonda mövsümün ilk iki turunda qələbə qazanıb. Sözügedən komanda bu mövsümün açılış turunda da Qazişehir-ə 5:0 hesabıyla qalib gəlmişdi.

Fenerbahçe sonuncu dəfə belə uğura 2011/12 mövsümündə imza atmışdı. Ondan sonrakı 6 mövsümdə komanda ilk iki turda 6 xal qazana bilməmişdi.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
11971 səs