05/09/2019
16:01
1815
| A A A
Falkaonun müqaviləsinin detalları açıqlandı

Galatasaray-ın Monaco-dan transfer etdiyi Radamel Falkaonun müqavilə detalları üzə çıxıb.

Goal.az xəbər verir ki, kolumbiyalı forvardın illik maaşı 5 milyon avro təşkil edəcək.

Bundan başqa, futbolçuya müxtəlif bonuslar da boyun olunub. Meydana çıxdığı hər oyuna, qazanılan hər qələbəyə görə Falkao qazanc götürəcək. Həmçinin Galatasaray-ın qatıldığı turnirləri qazanması 33 yaşlı forvardın da gəlirini artıracaq.

Müqavilədə yer almış bir bənd xüsusi diqqət çəkir. Belə ki, "sarı-qırmızılılar" maaşını 2 ay gecikdirsə, futbolçu avtomatik olaraq azad agent statusu daşıyacaq və komandanı tərk edə biləcək.

Qeyd edək ki, Radamel Falkao Galatasaray-la 3 illik sözləşmə imzalayıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33147 səs