29/09/2019
11:50
1099
| A A A
Galatasaray - Fenerbahçe derbisi qolsuz bərabərliklə başa çatıb

Türkiyə Super Liqasında VI turun mərkəzi görüşü GalatasarayFenerbahçe arasında keçirilib.

Goal.az xəbər verir ki, TT Arena-da təşkil olunmuş mövsümün ilk İstanbul derbisi qolsuz yekunlaşıb - 0:0.

Matçı FIFA referisi Cüneyt Çakır idarə edib.

110 ildir rəqabətdə olan iki komandalar 390-cı dəfə üz-üzə gəlib. Əvvəlki qarşılaşmaların 146-da Fenerbahçe, 123-də isə Galatasaray qələbə qazanıb. Topların nisbətində də "sarı lacivərdlilər" üstündür - 535:485.

Altmış iki ildir keçirilən Superliqada isə İstanbul təmsilçiləri 125 dəfə görüşüblər. Bu rəqabətdə də Fenerbahçe öndədir - 50:33. Topların nisbəti isə 157:119-dur. Son 10 rəsmi matçın 6-da heç-heçə qeydə alınıb, 3-də "sarı-lacivərdlilər", 1-də "sarı-qırmızılar" qələbə qazanıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
35944 səs