Super Liqa klubu adını dəyişdi
Türkiyə Super Liqasında çıxış edən Gazişehir Gaziantep futbol klubunun adı dəyişib.
Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu barədə əyalət təmsilçisinin prezidenti Mehmet Büyükekşi məlumat verib. O bildirib ki, klubun yeni adı Gaziantep FK olacaq.
Qeyd edək ki, Gaziantep bu mövsümdən etibarən Türkiyə Super Liqasında mübarizə aparır. Rumıniyalı Marius Şumudikanın rəhbərlik etdiyi kollektiv hazırda 10 xalla üçüncü pillədə qərarlaşıb.
Noyabrın ən yaxşı futbolçusu?
PEYMAN BABAYİ
DAVİT VOLKOV
RİÇARD QADZE
JOZEF MONROZ