11/02/2020
21:41
1358
| A A A
Konyaspor-da yeni baş məşqçi

Türkiyənin “Konyaspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Goal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Superliqa təmsilçisini Bülent Korkmaz çalışdıracaq. 51 yaşlı mütəxəssislə 1,5 illik razılıq əldə olunub.

Bülent Korkmaz bu vəzifədə bir neçə gün əvvəl istefaya göndərilən Aykut Kocamanı əvəz edib.

Qeyd edək ki, son olaraq “Antalyaspor”u çalışdırmış Korkmaz, “Qalatasaray”, “Mersin İdmanyurdu”, “Kayseri Erciyesspor”, “İstanbul BB”, “Karabükspor” klublarında da işləyib. O, 2009/10 mövsümündə “Bakı”nın baş məşqçisi olub.