12/02/2020
19:57
1884
| A A A
Luçesku Türkiyəyə qayıda bilər

Rumıniyalı məşqçi Mirça Luçesku yenidən "Beşiktaş"da çalışacaq.

Goal.az xəbər verir ki, 74 yaşlı mütəxəssis İstanbul klubunda məsləhətçi vəzifəsini icarə edəcək. O, Türkiyə mətbuatına açıqlamasında məlumatı təsdiq edib:

"Bəli, futbola qayıdıram. "Beşiktaş"da məsləhətçi kimi faydalarımı verəcəm. Prezident Ahmet Nur Çebi ilə danışdım. Onunla İstanbulda görüşəcəm. Daha sonra hər şeydən xəbərdar olacaqsınız".

Qeyd edək ki, Luçesku 2002-2004-cü illərdə "Beşiktaş"ın baş məşqçisi olub. O, son olaraq, Türkiyə yığmasını çalışdırıb.