13/02/2020
20:49
1613
| A A A
Falkao zədəsini sağaldıb

Galatasaray-ın hücumçusu Radamel Falkao komanda ilə birgə məşqlərə başlayıb.

Goal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məlumata görə, kolumbiyalı futbolçu bu tur Yeni Malatyaspor-a qarşı oynaya biləcək. 34 yaşlı hucümçu Konyaspor-a qarşı görüşdə zədələnərək meydanı tərk etmişdi.

Qeyd edək ki, Falkao bu mövsüm komandası ilə 15 oyun keçirib və 6 qol vurub.