14/02/2020
14:13
1697
| A A A
Fenerbahçe-də ciddi itki

Fenerbahçe ciddi itki ilə üzləşib.

Goal.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Qarri Rodriqes sıradan çıxıb.

O, komandanın son məşqlərindən birində zədələnib. Müayinə nəticəsində 29 yaşlı futbolçunun sol bud əzələsində ikinci dərəcəli yırtıq aşkarlanıb. Klubdan verilən məlumata görə, Rodriqes azı 2-3 həftə istirahət edəcək. Onun fevralın 23-də keçiriləcək Galatasaray-la derbini də buraxması ehtimal olunur.

Bu mövsüm Fenerbahçe-da 20 oyuna çıxan Rodriqes, 3 qola imza atıb, 6 məhsuldar ötürmə müəllifi olub.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
19328 səs