16/03/2020
16:58
2049
| A A A
Galatasaray-da ciddi itki

Türkiyə Superliqasının 26-cı turunda “Beşiktaş”la qarşılaşan “Galatasaray”ın bir futbolçusu sıradan çıxıb.

Goal.az xəbər verir ki, Ömər Bayram zədələnib. 29 yaşlı yarımmüdafiəçi sağ əlindən xəsarət alıb. Qarşılaşmadan sonra tibbi müayinədən keçən futboçunun əlində qırıq aşkarlanıb. Onun yaxın iki gün ərzində əməliyyat olunacağı bildirilir.