23/04/2020
11:25
1947
| A A A
Podolski tanınmış idmançı ilə güləşəcək

“Antalyaspor” klubunun futbolçusu Lukas Podolski başqa idman sahəsində də nəyə qadir olduğunu göstərməyə hazırlaşır.

Goal.az xəbər verir ki, Polşa əsilli alman hücumçu yağlı güləşin baş pəhləvanı Ali Gürbüzlə qüvvəsini sınayacaq. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bu ideya “Antalyaspor”un prezidenti Ali Şafak Öztürkdən gəlib. O, ulduz futbolçunun zədələnməsindən qorxduqlarını etiraf etsə də, bu görüşü təşkil edəcəklərinə söz verib.

Duelin koronavirus pandemiyası başa çatdıqdan sonra baş tutacağı bildirilib. 34 yaşlı forvard özü də açıqlamasında bunu işarə edib: "Ali Gürbüz bir az gözləsin. Bir-birimizə toxuna bilmədiyimizdən onu məğlub etməyim üçün pandemiyanın bitməsi lazımdı".

Qeyd edək ki, "Antalyaspor"dan əvvəl Yaponiyanın "Vissel Kobe" klubunda çıxış edən Podolski sözügedən ölkədə sumo güləşi ilə də məşğul olub.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5134 səs