06/05/2020
18:54
1390
| A A A
Türkiyə Super Liqasının bərpa vaxtı bilindi - RƏSMİ

Koronavirus pandemiyası səbəbiylə dayandırılan futbol üzrə Türkiyə Super Liqasının bərpa tarixi müəyyənləşib.

Goal.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdəmir açıqlama verib.

Ölkənin səhiyyə naziri Fahrettin Koca ilə görüş keçirən Özdəmir, liqanın iyunun 12-də bərpa olunacağını bildirib.

Super Liqadan başqa, 1-ci, 2-ci və 3-cü liqanın oyunları 12-13-14 iyun tarixlərində start götürəcək. Federasiya rəsmisi, səhiyyə nazirliyi ilə keçiriləcək görüşdən sonra oyunların necə keçiriləcəyinə qərar veriləcəyini bildirib.

Bundan başqa, Özdəmir, avqustun sonunda UEFA Çempionlar Liqasının final oyununun da keçiriləcəyini deyib.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5135 səs