10/05/2020
19:55
671
| A A A
Türkiyə Superliqası yeni qaydalarla başlayacaq

Məlum səbəbdən yarımçıq dayandırılan Türkiyə Superliqasının iyunun 12-dən bərpa olunacağını bilirsiz.

Goal.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF), mümkün koronavirus təhlükəsinin qarşısını almaq üçün oyunlar zamanı, oyunlardan əvvəl və sonra əməl ediləcək qaydalar hazırlayıb.

Paltardəyişmə otağına maskasız girmək yasaqdı. Bundan başqa, paltardəyişmə otağından eyni anda maksimum 3 futbolçu istifadə edə bilər. Futbolçular məşq edərkən kənardan izləyənlərin meydana daxil olması, yaxud onların futbolçularla təması qadağan edilib. Bir məşq meydanında eyni anda maksimum 6 futbolçu məşq edə biləcək. Oyundan əvvəl komandaların görüşməsi və ümumi şəkil çəkilməsi qadağan olunub. Qol sevinci texniki zonada da qeyd olunmamalıdı. Oyun ərzində futbolçular və məşqçilər hakimlərə uzağı 2 metr yaxınlaşa biləcək. Topa əlcəksiz toxunulacağı halda, top dezinfeksiya olunmalıdı. Meydandan kənardakı hər kəsin sosial məsafə qaydalarına əməl etməsi və maska taxması vacibdi. Fasilə zamanı meydandan çıxış və meydana giriş zamanı azı 2 metrlik məsafə saxlanılmalıdı. (Fanat)

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5134 səs