02/07/2020
14:28
2109
| A A A
Galatasaray 5 futbolçusu ilə yollarını ayırır

Galatasaray 5 futbolçusu ilə yollarını ayırmaq istəyir.

Goal.az xəbər verir ki, İstanbul təmsilçisi ilk olaraq icarə müddəti başa çatan və kluba qayıdan Mbaye Diyan və Ryan Babeldən xilas olmağa çalışacaq. Onlar müvafiq olaraq Brügge və Ajax-da çıxış ediblər. Fatih Terim hər iki futbolçunu komandasında görmək istəmir.

"Sarı qırmızılar" Yunes Belhanda, Sofyan Fequli və Radamel Falkao üçün gələn təkliflərini dəyərləndirmək niyyətindədir.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
12429 səs