29/10/2020
15:26
738
| A A A
Türkiyə klubunda məşqçi istefası

Türkiyə Superliqa təmsilçisi Antalyaspor baş məşqçisi Tamer Tuna ilə yolları ayırıb.

Goal.az xəbər verir ki, 44 yaşlı mütəxəssislə klub strategiyasında yaşanılan fikir ayrılıqları səbəbindən onunla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Tuna bu ilin yanvarında Antalyaspor-u çalışdırırdı. Onun rəhbərliyi altında komanda ölkə çempionatında son 3 matçda 1 xal qazanıb.

Xatırladaq ki, Antalya təmsilçisi 6 turdan sonra 8 xalla 7-ci pillədə qərarlaşıb.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
21519 səs