Türkiyə klubunda növbəti istefa
Türkiyə Superliqasında növbəti baş məşqçi istefası gerçəkləşib.
Goal.az xəbər verir ki, Kayserispor-un çalışdırıcısı Samet Aybaba istefa verib.
Buna komandanın uğursuz nəticələri səbəb olub. Cəmi 8 çempionat matçında Kayseri təmsilçisinə rəhbərlik edən Aybaba 4 heç-heçə və 4 məğlubiyyətə şahidlik edib.
Qeyd edək ki, bu, mütəxəssisin son iki ildə Kayserispor-dan ikinci ayrılığıdır.
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR