06/01/2021
14:54
648
| A A A
Mbaye Dianye transfer iddialarına cavab verdi

Superliqanın 17-ci həftəsində Galatasaray-ın səfərdə Konyaspor-a 4-3 məğlub olduğu matçdan sonra "sarı-qırmızı"lı hücumçu Mbaye Dianye açıqlama verib.

Goal.az xəbər verir ki, qarşılaşmanı dəyərləndirən Dianye "Bu asan bir matç olmadı. Əlimizdən gələni etməyə və bunu meydanda göstərməyə çalışdıq. Çalışmağa davam edəcəyik və qarşıdakı matçlara baxacağıq. Qolumu Omar-a hədiyyə etdim. Özü xəstəxanadadır. Ona qələbə də hədiyyə etmək istəyərdim,- deyə bildirib. 

Özü ilə bağlı çıxan transfer xəbərlərinə isə seneqallı oyunçu "Mən Galatasaray oyunçusuyam. Hazırda hər şeyimi bu klub üçün verirəm",- deyə cavab verib.

Çempionlar Liqasını kim qazanacaq?

PSG
%
MANCHESTER CITY
%
REAL MADRID
%
CHELSEA
%
14012 səs