Galatasaray-da şok ayrılıq
Super Liqanın ilk yarısında enişli-yoxuşlu qrafik izləyən Galatasaray-da Fatih Terim heyəti gücləndirmək istəyir.
Goal.az türk mətbuatına istinadən xəbər verir ki, UEFA-nın yeni futbolçu satmadan ala bilməmək qaydasına görə, baş məşqçi Luyindamanı gözdən çıxarıb.
Zədələndikdən sonra yaxşı oyun sərgiləyə bilməyən 26 yaşlı oyunçunun, təxminən 7-8 milyon avroya satması planlaşdırılır.
Qeyd edək ki, bir zamanlar İngiltərə komandalarının siyahısında yer alan konqolu müdafiəçi 8 milyon avroya transfer edilmişdi.
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR