09/01/2021
17:27
1798
| A A A
Superliqa klubu 6 futbolçusu ilə vidalaşır

Beşiktaş klubu bir neçə futbolçusu ilə yollarını ayıracaq.

Goal.az xəbər verir ki, başda xorvatiyalı hücumçu Mario Mandzukiç olmaqla bir neçə oyunçu ilə güclənməyi planlaşdıran İstanbul nəhəngi boş yer açmaq üçün 6 nəfərlə vidalaşmağı düşünür.

Heyətdən kənarda qalan Nikolas İsimat-Mirin, Duqlas və Cermeyn Lansın yola salınacağı artıq dəqiqdir. Həmçinin Adəm Lyayiç və yeni müqaviləyə razılıq verməyən Dorukhan Toközün satılması, Aydin Hasiçin isə icarəyə verilməsi nəzərdən keçirilir.

Qeyd edək ki, Super Liqanın 16 oyununda 34 xal toplayan klub turnir cədvəlinə başçılıq edir.

Çempionlar Liqasını kim qazanacaq?

PSG
%
MANCHESTER CITY
%
REAL MADRID
%
CHELSEA
%
14012 səs