10/01/2021
16:56
2433
| A A A
Galatasaray-ın transfer hədəfləri bilindi

Galatasaray-ın baş məşqçisi Fatih Terim transfer siyahısını açıqlayıb.

Goal.az xəbər verir ki, "İmperator" bu barədə ötən axşam Genclərbirliği-ni 6:0 hesabı ilə yendikləri matçdan sonra açıqlama verib.

"Rəhbərliyimizin əlindən gələni edəcəyinə inanıram. Hətta əllərindən gələnin artığını etmələrini istəyirəm. Transfer siyahımıza İrfan Can Kahveci, Henri Onyekuru, Mustafa Məhəmməd və Edin Viska daxildi" deyə Terim bildirib.

Qeyd edək ki, İrfan Can Kahveci və Edin Viska Türkiyənin Başakşehir, Henri Onyekuru Fransanın Monaco, Mustafa Məhəmməd isə Misirin Zamalek klublarında çıxış edir.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24505 səs