11/01/2021
15:32
2135
| A A A
Super Liqa təmsilçisində istefa

Türkiyənin Gaziantep klubunda baş məşqçi istefası reallaşıb.

Goal.az xəbər verir ki, rəhbərlik çalışdırıcı Marius Şumudiça ilə yollarını ayırıb.

İl yarımdır Super Liqa təmsilçisinə başçılıq edən rumıniyalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıqla xitam verildiyi açıqlanıb. Komanda uğurlu mövsüm keçirməsinə baxmayaraq, iki gün əvvəl Sivasspor-a 1:2 hesablı məğlubiyyətdən sonra gözlənilmədən Şumudiça vəzifəsindən ayrılıb.

Qeyd edək ki, klub hazırda 31 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24505 səs