11/01/2021
18:28
3302
| A A A
Galatasaray-ın futbolçusu sərt cəzalandırıldı

Galatasaray və futbolçusu Oğulcan Çağlayan cəzalandırılıb.

Goal.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Çağlayan ötən ilin yayında Rizespor klubu ilə müqaviləsini təktərəfli ləğv etmiş və mövsümün sonunda Galatasaray-a keçmişdi. Qaradəniz təmsilçisi futbolçusunu müqaviləsini təktərəfli ləğv etdiyi və “sarı-qırmızılar”la danışıqlar apardığı üçün şikayət etmişdi.

Türkiyə Futbol Federasiyası Rizespor-un şikayətini təmin edib və Galatasaray-la futbolçunu cəzalandırıb. Galatasaray Oğulcan üçün Rizespor-a 1,2 milyon avro təzminat ödəyəcək. 24 yaşlı yarımmüdafiəçi isə 6 oyunluq diskvalifikasiya olunub.

Oğulcan bu mövsüm Galatasaray-la 12 oyunda 3 qol vurub.

Çempionlar Liqasını kim qazanacaq?

PSG
%
MANCHESTER CITY
%
REAL MADRID
%
CHELSEA
%
14019 səs