12/01/2021
14:54
3058
| A A A
Özildən Fenerbahçe açıqlaması

İngiltərənin Arsenal klubunun futbolçusu Mesut Özil tvitterdə azarkeşlərin suallarını cavablandırıb.

Goal.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi uşaqlıq illərində azarkeşlik etdiyi klubun adını açıqlayıb.

Özil Almaniyada yaşayarkən Türkiyənin Fenerbahçe komandasına azarkeşlik etdiyini bildirib:

"Almaniyada hər bir türk ölkənin hansısa komandasını dəstəkləyir. Mənim komandam Fenerbahçe idi. Klub İspaniyada Real Madrid-ə bənzəyir, ölkənin ən böyük klubudur".

Təcrübəli futbolçu karyerasını başa vurmamışdan əvvəl iki ölkədə oynamaq istədiyini vurğulayıb:

"Türkiyə və ABŞ-da oynamaq niyyətindəyəm. Türkiyəyə getsəm, sadəcə Fenerbahçe-də oynayacağam".

Qeyd edək ki, Özilin Arsenal klubu ilə müqaviləsi yayda başa çatır.

Çempionlar Liqasını kim qazanacaq?

PSG
%
MANCHESTER CITY
%
REAL MADRID
%
CHELSEA
%
14014 səs