13/01/2021
11:23
539
| A A A
Trabzonspor-da ayrılıq

Trabzonspor yarımmüdafiəçisi Bilal Başacıkoğlu ilə yollarını ayırıb.

Goal.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

25 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Xəbərdə futbolçuya heç bir təzminat ödənilməcəyi də vurğulanıb.

Qeyd edək ki, Bilal Başacıkoğlu 2020-ci ilin yanvar ayından Trabzonspor-un uğurları üçün çalışırdı. Onun klubla 2022-ci ilin may ayına kimi müqaviləsi var idi.

Bilal Başacıkoğlu daha öncə Niderlandın Hereenven, Feyenoord, eləcə də Türkiyənin Kayserispor klublarının da uğurları üçün çalışıb.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24227 səs