13/01/2021
15:51
435
| A A A
Super Liqa klubu ulduz futbolçusu ilə müqaviləni ləğv etdi

Türkiyənin Başakşehir klubu ulduz futbolçusu Martin Şkrtellə yollarını ayırıb.

Goal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb.

Məlumata görə, Slovakiya yığmasının müdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılıqla xitam verilib. 37 yaşlı mərkəz müdafiəçisinin ayrılmasına səbəb Super Liqanın XV turunda Kasımpaşa ilə matçda (2:2) zədələnərək mövsümü başa vurmasıdır.

Qeyd edək ki, Martin Şkrtel Başakşehir-ə 2019-cu ilin yayında İtaliya klubu Atalanta-dan keçib.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24227 səs