24/01/2021
12:57
1359
| A A A
Fenerbahçe-də yeni transfer

Fenerbahçe heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin Queens Park Rangers klubunun yarımmüdafiəçisi Brayt Osayi-Samueli transfer edib.

Bu barədə Super Liqa nəhənginin rəsmi saytı məlumat yayıb. Xəbərdə 23 yaşlı vingerin özü və klubu ilə razılıq əldə olunduğu diqqətə çatdırlıb. Nigeriyalı yarımmüdafiəçi tezliklə İstanbula gəlib tibbi müayinədən keçəcək və 4.5 illik müqaviləyə imza atacaq.

Osayi-Samuel 2017-ci ildən QPR-də çıxış edir. O, daha öncə iki il yetirməsi olduğu Blackpool-da da forma geyinib.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19920 səs