01/02/2021
12:27
1422
| A A A
Türkiyə klubunda yeni çalışdırıcı

Türkiyənin Genclerbirliği klubunun yeni baş məşqçisi müəyyənləşib.

Goal.az xəbər verir ki, Mustafa Kaplanın istefasını qəbul edən klub rəhbərliyi onu Mehmet Altıparmakla əvəz edib.

Bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Lakin tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Qeyd edək ki, Genclerbirliği bu mövsüm Super Liqada keçirdiyi 21 oyunda 19 xal toplayıb və 21 kollektiv arasında 19-cu sırada qərarlaşıb.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
20019 səs