Fenerbahçe-də ciddi itki
Fenerbahçe-nin futbolçusu Dimitrios Pelkas zədələnib.
Goal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı yarımmüdafiəçinin 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Beləliklə, yunanıstanlı oyunçunun Super Liqanın 23-cü turunda Galatasaray-la matçda iştirak etməyəcəyi dəqiqləşib.
Qeyd edək ki, sözügedən qarşılaşma fevralın 6-da keçiriləcək.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR